Estoniya-Rusiya sərhədində gücləndirilmiş nəzarət tətbiq olunub
Bu gündən Estoniya Rusiya ilə sərhəddə gücləndirilmiş gömrük nəzarəti rejiminin tətbiqinə başlayıb.
APA-nın “ERR” portalına istinadən xəbərinə görə, bu barədə ölkənin maliyyə naziri Yurgen Liqa məlumat verib.
O bildirib ki, əsas məqsəd sərhəddən Rusiya ərazisinə hərbi təyinatlı məhsulların qanunsuz keçidinə mane olmaqdan ibarətdir. Nazirin sözlərinə görə, yeni rejimin işə düşməsi ilə Rusiya ərazisinə keçmək istəyən sərnişinlərin yükləri təftiş olunacaq, özlərindən isə səfərin məqsədi barədə müvafiq qaydada izahat tələb ediləcək.
Nazirin sözlərinə görə, qərarın verilməsində məqsəd gömrük bəyannaməsində Rusiyanın tranzit ölkə kimi göstərildiyinə baxmayaraq, aparılan yüklərin sonradan bu ölkənin ərazisində qaldığı ilə bağlı kifayət qədər əsasların mövcud olmasıdır.
Y. Liqa eyni zamanda bildirib ki, nəqliyyat vasitələri rentgen vasitəsilə yoxlamadan keçdikdən sonra yüklər boşaldılaraq, onların sayı və təyinatı bəyannamə ilə dəqiqləşdiriləcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
