Müdafiə naziri: Artıq Ukraynanın “Taurus”a bənzər raketləri var
Ukraynanın Almaniyanın “Taurus” raketlərinə bənzər uzaqmənzilli raketləri mövcuddur.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Kiyevdə keçirilən brifinqdə deyib.
“Əgər “Taurus”dan danışırıqsa, əlbəttə ki, hazırda bizdə oxşar və daha böyük məsafədə işləyən raketlər var. Amma belə zərbə vasitələri heç vaxt çox olmur”, – Fedorov bildirib.
Nazir qeyd edib ki, Ukrayna daha çox zərbə vasitəsi əldə etməyə hər zaman açıqdır.
“Əslində, bu istiqamətdə artıq müəyyən müstəqillik əldə edirik. Hamımız Rusiya ərazisinə 1500 kilometr məsafədə endirilən zərbələri gördük. Buna görə də Ukrayna öz “ev tapşırığını” yaxşı yerinə yetirir”, – o əlavə edib.
Qeyd edək ki, Almaniyanın “Taurus” raketləri 500 kilometrlik uçuş məsafəsinə malikdir.
Oxşar xəbərlər
Britaniya “Taurus” raketlərinin Ukraynaya ötürülməsində Almaniyanı dəstəkləyir
Merts: “Taurus" sistemləri yalnız Avropa tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Ukraynaya göndərilə bilər"
Merz: Almaniyanın Ukraynaya “Taurus” raketləri tədarük etmək planı yoxdur
Merz “Taurus” raketlərinin Kiyevə verilməsini müdafiə edir
Şolts “Taurus” raketlərinin Ukraynaya mümkün tədarükünü səhv addım adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
