Merz “Taurus” raketlərinin Kiyevə verilməsini müdafiə edir
Xristian Demokrat İttifaqının sədri, Xristian Demokratik və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Ukraynanın uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchizatının tərəfdarı olduğunu bildirib və hesab edir ki, onlar Avropa İttifaqı il’ razılaşdırılmalıdır.
Sizinxeber.az xəbər verir ki, Merz bunu Almaniya kansleri Olaf Şoltsla seçki debatı zamanı deyib.
"Mən Ukrayna və “Taurus” tədarükləri məsələsində həmişə çox açıq danışmışam. Mən heç vaxt fikrimi dəyişməmişəm. Mən həmişə demişəm ki, qanadlı raketlərin tədarükü Avropa İttifaqında razılaşdırılmalıdır. Amerika tədarük edir, Fransa tədarük edir, Böyük Britaniya tədarük edir. Biz də tədarük etməliyik", - Merz deyib.
Qeyd edək ki, Şolts dəfələrlə 500 km-ə yaxın uçuş məsafəsinə malik “Taurus” raketlərinin Kiyevə ötürülməsi ehtimalını rədd edib. Hökumət başçısı bəyan edib ki, bu cür silah sistemlərinin çatdırılması ciddi eskalasiya riski ilə nəticələnəcək.
Oxşar xəbərlər
Fridrix Merz: “Qalib gələrsəm, Almaniyanın miqrasiya siyasətində dəyişikliklər olacaq”
Şolts “Taurus” raketlərinin Ukraynaya mümkün tədarükünü səhv addım adlandırıb
Şolts: Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini göndərməyəcək
Almaniyada kanslerin üzvü olduğu partiya “Taurus”un Kiyevə verilməsinə qarşı çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
