Ukrayna Prezidenti: Moskvada görüş ola bilməz, ən ədalətli məkan Avropadır
Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırdır. Lakin Rusiya buna razılıq verməzsə, ABŞ-dan sərt reaksiya olmalıdır.
Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
“Mən ikitərəfli görüşə dərhal cavab verdim. Biz hazırıq. Bəs ruslar hazır deyilsə, necə? Avropalılar bu məsələni qaldırdılar. Əgər ruslar hazır deyilsə, o zaman biz ABŞ-dan buna sərt reaksiya görmək istərdik”, – Zelenski vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın mövqeyinə görə, Vladimir Putin əvvəlcə onunla ikitərəfli görüşə, daha sonra isə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə razılıq verməlidir.
Zelenskinin fikrincə, görüşün neytral Avropada keçirilməsi daha ədalətli olardı:
“Moskvada görüş ola bilməz. Avropa liderləri də bunu dəstəkləyir, çünki Ukraynada və Avropa qitəsində müharibə gedir”.
Ukrayna Prezidenti əlavə edib ki, artıq görüşlərin üçüncü mərhələsində Oval ofisdə Avropa liderlərinin iştirakı ilə Trampın Putinlə müzakirəsindən sonra Amerika tərəfdən “ruslar”la görüşə hazırlıq üzrə koordinasiya qrupunun tərkibi də müəyyənləşdirilib.
Onun sözlərinə görə, bu qrupa ABŞ dövlət katibi Marko Rubio, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və ABŞ-ın vitse-prezidenti Cey Di Vens daxildir.


width="220" alt="Zelenski Putinlə görüşə hazır olduğunu açıqlayıb" />
width="220" alt="Zelenski Putinin təhdidlərinə sərt reaksiya verib" />
width="220" alt="Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib" />
width="220" alt="Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />