Zelenski: Rusiya ötən həftə 1800-dən çox dronla Ukraynaya hücum edib
“Ukraynaya qarşı yeddi gün ərzində genişmiqyaslı Rusiya zərbələri endirilib, 1800-dən çox dron, 1200-dən artıq idarəolunan aviabomba və 83 raket”.
APA xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabındakı paylaşımında yayıb.
O qeyd edib ki, ruslar şəhərləri və icmaları daha da çox qorxutmaq üçün terror taktikasını gücləndirirlər:
“Lakin Moskvanın planlarına baxmayaraq, hava hücumundan müdafiə qüvvələrinin işi üzrə yaxşı nəticələr var. Xüsusilə dron-tutucu sistemlər özünü yaxşı tərəfdən göstərir – bu həftə ərzində artıq yüzlərlə rus-iran istehsalı olan dron vurulub. Həftə ərzində tərəfdaşlarla keçirilən hər görüş bu texnologiyanın genişləndirilməsi ilə bağlı olub”.
Prezident onu da bildirib ki, Ukrayna səmasını qoruyan əsgərlərə təşəkkür edir: “Dronlar Rusiyanın müharibəni uzatmaq üçün istifadə etdiyi vasitələrdən biridir. Bu təhdidi neytrallaşdırmalıyıq ki, diplomatik həllər daha tez işə düşsün. Müdafiəmizi gücləndirəcək bütün razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik”.
Onun sözlərinə görə, eyni zamanda ABŞ, Avropa, “Yeddilik” ölkələri və bütün tərəfdaşlardan güclü qərarlar gözləyirlər.
Oxşar xəbərlər
Zelenski: Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub
Rusiya Ukraynaya dron və raketlərlə hücum edir
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: Dronlarımız artıq 1800 km-ə qədər məsafədəki hədəfləri vura bilir
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: Pilotsuz təyyarələrimiz artıq 1800 km-ə qədər məsafədəki hədəfləri vura bilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













