KİV: İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır
İran hakimiyyəti müəyyən şərtlər daxilində Birləşmiş Ştatlarla nüvə sazişi imzalamağa hazır olduğunu bildirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə "NBC News" telekanalına İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani məlumat verib.
"Şəmxani bildirib ki, İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür, silah kimi istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcək, uranı yalnız mülki məqsədlər üçün lazım olan aşağı səviyyələrdə zənginləşdirməyə razı olacaq və bu prosesin beynəlxalq müfəttişlər tərəfindən nəzarət olunmasına şərait yaradacaq. Bütün bunlar qarşılığında isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir", — deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır
İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb
İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib
Pezeşkian: İran dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək hüququndan imtina etməyəcək
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













