Pezeşkian: İran dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək hüququndan imtina etməyəcək
İran Birləşmiş Ştatlarla dolayı danışıqlar apararaq özünün dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək niyyətini təsdiqləməyə çalışır və bu hüquqdan heç vaxt imtina etməyəcək.
APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.
“Biz danışıqlar aparırıq ki, müharibə niyyətimizin olmadığını sübut edək. İran heç vaxt və heç bir halda nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq. Lakin dinc məqsədli nüvə enerjisinə dair hüququmuzdan da heç bir şərtlə imtina etməyəcəyik”, – Prezidentin açıqlamasını İran hökumətinin "Telegram" kanalı paylaşıb.
Pezeşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı üçün həlledici əhəmiyyət daşıyır və İran heç bir təzyiq qarşısında bu hüquqlarından geri çəkilməyəcək.
Oxşar xəbərlər
Pezeşkian: İran ABŞ-la birbaşa danışıqlardan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məsud Pezeşkian: Tehran heç vaxt nüvə silahı yaratmağa cəhd etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: Azərbaycan və İran bir-birinə kömək edib, sağlam münasibətlər qurmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oman XİN: Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












