Netanyahunun Azərbaycana səfəri təxirə salınıb
İsrailin Baş naziri Benyamin Netanyahu bu ilin 7-11 may tarixlərində planlaşdırılan Azərbaycana səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.
Sizinxeber.az "The Times of Israel" saytına istinadən xəbər verir ki, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə açıqlamada bildirilir.
Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Oxşar xəbərlər
Netanyahunun ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb
Netanyahu fələstinli məhbusların azad edilməsi prosesini dayandırıb
KİV: Netanyahunun tezliklə Azərbaycana səfəri gözlənilir
Netanyahu Hizbullahla artan gərginlik fonunda ABŞ-yə səfərini bir gün qısaldacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
