Netanyahu fələstinli məhbusların azad edilməsi prosesini dayandırıb
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşmasının növbəti mərhələlərində Qəzza zolağında girovların Qırmızı Xaç Komitəsinə təhlükəsiz təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsini təxirə salmağı əmr edib.
APA xəbər verir ki, bununla bağlı İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
“Baş nazir Benyamin Netanyahu bu gün günortadan sonra müdafiə naziri İsrael Katz ilə birlikdə azad edilməsi planlaşdırılan terrorçuların buraxılmasının növbəti mərhələlərdə girovlarımızın təhlükəsiz çıxışı təmin olunana qədər təxirə salınması barədə göstəriş verib”, - bəyanatda deyilir.
"İsrail tələb edir ki, vasitəçilər bu məsələyə baxsınlar", - Baş nazirin ofisi əlavə edib.
Oxşar xəbərlər
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb
Netanyahu müdafiə nazirini vəzifəsindən azad edib
KİV: Netanyahu hökuməti HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid vəd edib
Netanyahu İsrail nümayəndə heyətinə Qəzza danışıqları üçün Dohaya səfər etməyi tapşırıb
Netanyahu girovların azad edilməsi ilə bağlı təmaslar üçün Moskvaya hərbi müşavir göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
