KİV: Raket yanacağı üçün maddə İranda limanda partlayışa səbəb olub
sizinxeber.az xəbər saytı

KİV: Raket yanacağı üçün maddə İranda limanda partlayışa səbəb olub


İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışa səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi lub.

APA xəbər verir ki, bu barədə “Associated Press” özəl təhlükəsizlik firması “Ambrey”ə istinadən məlumat yayıb.

Ammonium perklorat raket yanacağında istifadə olunur

Məlumata görə, ammonium perklorat bərk raket yanacağının istehsalında istifadə edilir və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib.

“Ambrey” şirkətinin bildirdiyinə görə, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub.

Çindən gələn gəmi mart ayında liman yaxınlığında olub

Gəmi izləmə məlumatları da Çindən gələn kimyəvi maddə daşıyan bir gəminin mart ayında liman yaxınlığında olduğunu təsdiqləyib.

Təhlükəli maddələrin limanda saxlanması sual doğurur

“Associated Press” qeyd edib ki, 2020-ci ildə Beyrut limanında baş verən fəlakətli partlayışdan sonra belə təhlükəli maddələrin niyə vaxtında limandan çıxarılmadığı sual doğurur.

Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 800-ə çatıb.

Partlayışdan sonra başlayan yanğının 80 faizi söndürülüb.

Hörmüzqan vilayətində üç günlük matəm elan olunub

İranın Hörmüzqan vilayətində baş verən faciə ilə bağlı üç günlük matəm elan olunub.

Oxşar xəbərlər

KİV İrandakı partlayışın ilkin səbəbini açıqlayıb
KİV: İrandakı partlayışın mümkün səbəbi kimyəvi maddənin partlaması olub
KİV: İsrail İranın ballistik raket istehsalının mühüm hissəsini məhv edib
İranda limanda partlayış olub
İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle