İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3


İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

“Sizinxeber.az” "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. 

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

14:12

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.

“Sizinxeber.az”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.

13:57

İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.

Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

13:18

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

“Sizinxeber.az” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.

Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.

Oxşar xəbərlər

KİV: İranda limanda partlayış olub, xərasət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda limanda partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada partlayış olub, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Başqırdıstanda çoxmənzilli binada partlayış baş verib, yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda güclü partlayış olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər