Suriya hökuməti İraq sərhədinə əlavə qüvvələr göndərib
sizinxeber.az xəbər saytı

Suriya hökuməti İraq sərhədinə əlavə qüvvələr göndərib


Suriyanın keçid hökuməti orada silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar İraqla sərhəd bölgələrdə təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.

Sizinxeber.az xəbər verir ki, bu haqda Suriya televiziyası məlumat verib.

Məlumatda bildirilib ki, cümə günü Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib.

Onlara Deyr əz-Zor vilayətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında İraqın baş naziri Məhəmməd əl-Sudani ilə Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şara arasında danışıqlar aparılıb.

əl-Sudani Suriyanın yeni administrasiyasının rəhbərini silahlıları sərhədyanı rayonlarda fəaliyyət göstərən İŞİD-a qarşı təsirli tədbirlər görməyə çağırıb.

Oxşar xəbərlər

İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib
KİV: Suriyanın yeni Prezidenti Türkiyəyə səfər edəcək
Rusiya nümayəndə heyəti Dəməşqdə Suriya administrasiyasının rəhbəri ilə danışıqlar aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər