Livan İsraili atəşə tutan silahlıları həbs edib
Livan Ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahlıları həbs edib.
APA-nın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı Livan Ordusunun komandanlığına istinadən məlumat yayıb.
Livan Ordusu İsrail ərazisinə raket atılmasında iştirak edən suriyalı və fələstinlilərdən ibarət qrupu saxlayıb.
İsrail ölkənin şimalındakı Kiryat-Şmon şəhərinin martın 28-də atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı Hizbullah obyektlərinə, o cümlədən Beyruta aviazərbələr endirib. Bu, 27 noyabr 2024-cü ildə imzalanan atəşkəsdən sonra Beyruta endirilən ilk zərbələr olub.
Xatırladaq ki, Livan Prezidenti Cozef Aun aparılan araşdırma zamanı Hizbullahın İsrailin şimalına zərbə endirmədiyinin üzə çıxdığını bildirmiş və atəş açan silahlıların müəyyənləşdirilməsinə çalışdıqlarını bəyan etmişdi.
Oxşar xəbərlər
Livan İsrail ərazisinə 15 raket atıb
İsrail ordusu Suriya-Livan sərhədinə zərbələr endirib
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib
İsrail ordusu Livan ərazisinə aviazərbələr endirib
Livan İsrail ərazisini atəşə tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













