Myanmada zəlzələdə ölənlərin sayı 1000-i keçib, 2300-dən çox yaralı var- YENİLƏNİB-4
sizinxeber.az xəbər saytı

Myanmada zəlzələdə ölənlərin sayı 1000-i keçib, 2300-dən çox yaralı var- YENİLƏNİB-4


Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

***

08.59

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.

Sizinxeber.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

***

07:21

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.

Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.

***

18:48

Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb.


Sizinxeber.az xəbər verir ki bu barədə AFP məlumat yayıb.


Zəlzələ nəticəsində 732 nəfər isə yaralanıb.


Sayın artacağı ehtimal olunur.

Bu gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.

14:33

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.


Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.

Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.


Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.


Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.

Oxşar xəbərlər

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 694-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 838-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada güclü zəlzələ nəticəsində azı 25 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər