HAMAS-ın azad etdiyi 6 girov İsrailə təhvil verilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

HAMAS-ın azad etdiyi 6 girov İsrailə təhvil verilib - YENİLƏNİB


HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində altıncı girovu da təhvil verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

On ildən artıq Qəzzada əsirlikdə olan şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd olunub ki, bu gün azad edilən 6 girov artıq İsrail sərhədini keçib, ölkənin şərqindəki qarşılama məntəqəsinə çatıb.

Fəridə

***

14.46

HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub.

Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

Rəsmi məlumata görə, bu gün azad edilməli olan altıncı girov Hişam əl-Sayed Qəzza şəhərində BQXK-ya təhvil veriləcək.

Oxşar xəbərlər

HAMAS daha 3 girovu BQXK-ya təhvil verib
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB - VİDEO
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB
HAMAS və İsrail arasında növbəti girov-məhbus mübadiləsi keçiriləcək
HAMAS bir girovu İsrailə təhvil verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər