HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB - VİDEO
sizinxeber.az xəbər saytı

HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB - VİDEO


HAMAS-ın azad etdiyi 3 girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, üç israill girov - Or Levi, Eli Şərabi və Ohad Ben Amin 491 gün əsirlikdə qaldıqdan sonra azad edilib.

***

11:29

Bu gün HAMAS ilə İsrail atəşkəs razılaşması çərçivəsində növbəti girov və məhbus mübadiləsi keçirəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, HAMAS 3 girovu - Or Levi, Eli Şərabi və Ohad Ben Amini İsrailə təhvil verəcək.

Mübadilə Qəzzanın mərkəzindəki Səlahəddin yolunda baş tutacaq.

Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.

Bu, yanvarın 19-da İsrail-HAMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.

Oxşar xəbərlər

HAMAS və İsrail arasında növbəti girov-məhbus mübadiləsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail 183 fələstinli məhbusu HAMAS-a qaytarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS bir girovu İsrailə təhvil verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS-ın azad etdiyi daha iki girov İsrailə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər