İsrail ordusu Livanın şərqindəki Beka vilayətini vurub
İsrail ordusunun sözçüsü Aviçai Adrai sosial media hesabından Livanın şərqindəki Beka vilayətində bir bölgəyə hava hücumu təşkil edildiyini açıqlayıb.
APA xəbər verir ki, Adrai, hücumun baş verdiyi bölgədə “Hizbullah”a məxsus tunelin olduğunu və tuneldə hücum üçün hazırlıq görüldüyünü iddia edib.
Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Bekadakı Kaldus-Seba bölgəsini, əl-Zəkbadakı bir qurum binasını və Sihlet əl-Ma qəsəbəsində bir evi hədəf aldığını açıqlayıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu nöqtələrdən geri çəkilməsi tələb edilib.
Oxşar xəbərlər
İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
İsrail ordusu Livan ərazisinə daxil olub
İsrail ordusu Livanın şərqindəki əraziləri atəşə tutub
İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
