İsrail Livanla atəşkəsi 392 dəfə pozub
sizinxeber.az xəbər saytı

İsrail Livanla atəşkəsi 392 dəfə pozub


İsrail ordusu Livanla əldə olunan atəşkəsi 40 gün ərzində 392 dəfə pozub.

Sizinxeber.az xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur və Nəbatiyyədə atəşkəsin 40-cı günündə 9 dəfə pozuntuya yol verib.

Noyabrın 27-dən bəri İsrail ordusunun hücumlarında 33 nəfər ölüb, 37 nəfər yaralanıb.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bəri 1106-sı qadın və uşaq, həmçinin 222-si tibb işçisi olmaqla azı 4 min nəfər həlak olub, 16 mindən çox insan yaralanıb.

Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması 27 noyabr 2024-cü il tarixində qüvvəyə minib.

Razılaşmaya əsasən, Livan ordusunun 60 gün ərzində Livanın cənubunda İsrail tərəfindən işğal olunmuş bölgələrə mərhələli şəkildə yerləşdiriləcəyi gözlənilir.

Oxşar xəbərlər

İsrail Livanla atəşkəs razılaşmasını pozub
"Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
“Əl Nahar”: Livan və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib
İsrail ordusu Livan ərazisinə daxil olub
İsrail Livanın şərqinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər