Livanın baş naziri Suriya rəhbərliyi ilə sərhəddəki vəziyyəti müzakirə edib
Livanın baş naziri Nəcib Miqati Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şəra ilə telefon danışığı aparıb və onunla cümə günü atışmaların baş verdiyi Suriya-Livan sərhədindəki vəziyyəti müzakirə edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə hökumətin “X” hesabında yerləşdirilmiş bəyanatında deyilir.
“Söhbət zamanı əl-Şəra Suriyanın müvafiq idarələrinin birgə sərhəddə sakitliyi bərpa etmək üçün lazım olan hər şeyi etdiyini təsdiqləyib və baş verənlərin təkrarlanmasının qarşısını almağa söz verib”, - bəyanatda deyilir.
Qeyd edək ki, yanvarın 3-də Baalbek bölgəsinihn şərqindəki Maarabonda qapadılmış qeyri-qanuni sərhəd keçidindən Livana daxil olmağa çalışan bir qrup silahlı suriyalı ilə toqquşma zamanı 4 Livan əsgəri orta dərəcədə yaralanıb.
Xəbərdarlıq atəşinə cavab olaraq silahlılar qumbaraatanlarla ordunun patruluna hücum ediblər. Onların Suriya ilə sərhəddə yerləşən Sirğayə məntəqəsindən gələn qaçaqmalçılarla əlaqədə olduqları müəyyən edilib.
Atışmadan sonra sərhədin bu hissəsində yerləşən ordu hissələri əlavə təhlükəsizlik tədbirləri görüb. Öz növbəsində Dəməşqdən sərhədə mexanikləşdirilmiş hərbi birlik göndərilib və bundan sonra Livan ərazisində atəş dayandırılıb.
Oxşar xəbərlər
Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional və bəlkə də qlobal müharibənin qarşısını aldı”
Livanın Baş naziri Türkiyəyə səfər edəcək
İsrail təyyarələri Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum edib
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
ABŞ və İsrailin müdafiə nazirləri Livandakı vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













