ABŞ və İsrailin müdafiə nazirləri Livandakı vəziyyəti müzakirə ediblər
ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə Livandakı vəziyyəti və İsrail ordusunun həyata keçirdiyi əməliyyatları müzakirə edib.
APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Telefon danışığı zamanı Ostin və Qalant təhlükəsizlik məsələsindəki vəziyyəti və İsrail ordusunun əməliyyatlarını müzakirə ediblər. Danışıq zamanı Ostin ABŞ-ın İsrailin İrana, “Hizbullah”a, HƏMAS-a, Husilərə və İranın dəstəklədiyi digər terror təşkilatlarına qarşı özünü müdafiə hüququna verdiyi dəstəyi bir daha təsdiqləyib. Onlar “Hizbullah”ın hücum gücünü qırmaq üçün sərhəd boyunca hərbi infrastrukturunun məhv edilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər”, - deyə Pentaqonun bəyanatında deyilir.
Oxşar xəbərlər
İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
İsrail və ABŞ müdafiə nazirləri telefonla danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
