Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional və bəlkə də qlobal müharibənin qarşısını aldı”
sizinxeber.az xəbər saytı

Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional və bəlkə də qlobal müharibənin qarşısını aldı”


Suriyada baş verən son hadisələr regional və bəlkə də qlobal müharibənin qarşısını aldı, çünki bu ölkə artıq Bəşər Əsəd dövründə olduğu kimi qeyri-sabitlik yuvası olmayacaq.

APA xəbər verir ki, bu sözləri Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd Şara Dəməşqdə Livanın Mütərəqqi Sosialist Partiyasının lideri Valid Cumblat ilə görüşündə deyib.

Suriyanın “Əl-Vətən” nəşri əş-Şaradan sitat gətirib: “Əsədlə uğurlu qarşıdurmamız regionu böyük münaqişədən və ola bilsin ki, yeni dünya müharibəsindən xilas etdi. Keçmiş Suriya qeyri-sabitlik yuvası idi və orada hökmran rejim İranyönlü silahlı qruplarla birlikdə Suriya cəmiyyətinin əleyhinə çalışırdı”.

Suriyanın yeni hakimiyyətinin lideri həmçinin “devrilmiş rejimi” 1977-ci ildə Cumblatın atası Kamalın, 1982-ci ildə Livan prezidenti Bəşir Gemayelin və 2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlini təşkil etməkdə ittiham edib.

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Suriyada İŞİD liderini zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 liderləri Suriyada keçid hökumətini dəstəkləməyə hazır olduqlarını bildiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər