İsrail təyyarələri Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum edib
sizinxeber.az xəbər saytı

İsrail təyyarələri Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum edib


İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimalındakı Hermel bölgəsində sərhəd keçid məntəqəsinə zərbələr endiriblər.

APA xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat verib.

Məlumata görə, təyyarələr Cermaş kəndi yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindən Suriyaya gedən yola hücum edib.

Oktyabrın 14-də sərhəddə yerləşən əl-Ayn şəhərində humanitar yardım daşıyan karvan Livanın şimal-şərqindəki Baalbek şəhərinə gedərkən havadan atəşə tutulub. Sürücülərdən biri xəsarət alıb.

Livanın Kənd Təsərrüfatı Naziri vəzifəsini icra edən Abbas əl-Hac Həsən hesab edir ki, İsrailin sərhəd-keçid məntəqələrinə və humanitar karvanlara aviazərbələr endirməsi elan olunmamış blokada kimi qiymətləndirilməlidir.

Oxşar xəbərlər

İsrail qırıcıları Livanın şimal-şərqinə silsilə zərbələr endirib
İsrail “Hizbullah”ın atış məntəqələrinə hücum edib
İsrailin hava hücumu nəticəsində Livanda ölənlərin sayı 560-a yaxınlaşıb
İsrail “Hizbullah”ın silah anbarlarına hücum edib
İsrail ordusu Livan ərazisinə aviazərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle