Yonhap: Qəzaya uğrayan təyyarədəki 179 sərnişin həlak olub  - VİDEO  - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Yonhap: Qəzaya uğrayan təyyarədəki 179 sərnişin həlak olub - VİDEO - YENİLƏNİB 2


Koreya Respublikasında xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

***

07:17

Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda ölkənin “Yonhap” xəbər agentliyi məlumat yayıb.

***

05:28

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb

Sizinxeber.az xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Yonhap: Qəzaya uğrayan təyyarədəki sərnişinlərin hamısı həlak olub - VİDEO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Cənubi Koreyada qəzaya uğrayan təyyarədəki sərnişinlərin çoxu həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada təyyarə qəzasında 28 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 47 nəfər həlak olub - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər