İran xarici işlər naziri Dəməşqə səfər edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran xarici işlər naziri Dəməşqə səfər edib - YENİLƏNİB


İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə səfər edib.

Sizinxeber.az-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, Abbas Araqçinin olduğu təyyarə Dəməşq Beynəlxalq Hava Limanına enib.

Suriyada yüksək vəzifəli şəxslərlə görüşəcək və ölkədə baş verən son proseslər fonunda Tehranın dəstəyini çatdıracaq İran XİN başçısı sabah Ankaraya səfər edərək türkiyəli həmkarı Hakan Fidanla bir araya gələcək.

***

saat 13.34

İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə gedir.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb.

Abbas Araqçi İranın mesajını çatdırmaq üçün Suriyaya səfərə getdiyini bildirib. Qeyd edib ki, Tehran qətiyyətlə Suriya hökuməti və Ordusunu dəstəkləyəcək.

Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşmasının öncüllük etdiyi müxaliflər iki gün ərzində Hələb şəhərini ələ keçirib, İdlib vilayətində tam nəzarəti təmin edib.

Oxşar xəbərlər

İran xarici işlər naziri Dəməşqə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abbas Araqçı Türkiyəyə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran xarici işlər naziri Livana gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamenti Abbas Araqçini xarici işlər naziri vəzifəsinə təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın xarici işlər naziri Abbas Əraqçi Suriyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər