Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan edib
Suriya prezidenti Bəşər Əsəd 22 sentyabr 2024-cü il tarixinədək törədilmiş cinayətlər və qanun pozuntuları üçün ümumi amnistiya nəzərdə tutan fərman imzalayıb.
APA xəbər verir ki, Suriyanın SANA xəbər agentliyində dərc olunan xəbərə görə, fərman 3 ay ərzində ölkə daxilində, 4 ay ərzində xaricdə təslim olan məhkumlarla yanaşı, gizlənən və hüquq mühafizə orqanlarından qaçan məhkumlara da şamil olunacaq.
Bundan başqa, cəmiyyətə və dövlətə qarşı təşkil olunan bəzi ağır cinayətlər, rüşvətxorluq, vəzifə saxtakarlığı və ümumi mənəviyyata zidd olan bəzi cinayətlər istisna olmaqla, bütün cinayətlərə və pozuntularla bağlı cəzalara ümumi amnistiya nəzərdə tutulur.
Bütün baş verənlərə baxmayaraq kreslosunu qoruyub saxlayan Suriya prezidenti Bəşər Əsəd müharibə səbəbilə ölkəni tərk etmiş vətəndaşlarının ölkəyə qayıtması üçün amnistiya elan etməyə davam edir.
Qeyd edək ki, bundan əvvəl də 25 dəfə Suriya xalqı üçün əfv elan edən və geri qayıtmalarını istəyən Əsəd bu çağırışlarda uğur qazmasa da çağırışlarını davam etdirməkdən əl çəkmir.
Oxşar xəbərlər
Şoyqu Bəşər Əsədlə görüşüb
Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb
Putin Moskvada Bəşər Əsədlə görüşüb - YENİLƏNİB
Türkiyə XİN Ərdoğanla Bəşər Əsədin Moskvada mümkün görüşü ilə bağlı xəbərləri təkzib edib
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












