İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzzaya səfərinə icazə verməyib
“İsrail hökuməti Fələstin prezidenti Mahmud Abbasa Qəzza zolağına səfər etməyə icazə verməyərək İsrailin anklavı işğal etdiyini təsdiqləyib.”
Sizinxeber.az xəbər verir ki, bunu avqustun 22-də Fələstinin xarici işlər naziri və prezidentin beynəlxalq əlaqələr üzrə müşaviri Riyad əl-Maliki “RİA Novosti”yə açıqlamasında bildirib.
“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Və sonra İsrailin cavabı gəldi və bildirdi ki, onlar prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər. Bu, yalnız Qəzzanın İsrailin hərbi işğalı altında olması deməkdir”, - deyə o bildirib.
Riyad əl-Maliki həmçinin qeyd edib ki, Abbas İsrail hakimiyyətinin oxşar reaksiyasını qabaqcadan görüb.
Məhz bu səbəbdən o, Qəzzaya girmək üçün əvvəlcədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) dəstək istəyib.
Oxşar xəbərlər
Mahmud Abbas Rusiyaya səfər edəcək
Mahmud Abbas Haniyənin öldürülməsindən sonra danışıqların çətin olduğunu deyib
Mahmud Abbas: Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
