Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var
"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki pilotsuz raketi tərəfindən hücuma məruz qalıb.
Sizinxəbər.Az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həyatını itirib. Eyni zamanda, dördü ağır olmaqla ümumilikdə səkkiz nəfər yaralanıb (onlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır).
Hər iki gəmidə baş verən yanğın nəticəsində tankerlərə maddi ziyan dəyib. Lakin təxirəsalınmaz tədbirlər sayəsində hər iki gəmidəki yanğın tam söndürülüb.
Əmirliyin Müdafiə Nazirliyi bəyan edib ki, istənilən təhdidlərə qarşı mübarizə aparmaq üçün tam döyüş hazırlığı vəziyyətindədir. Dövlətin təhlükəsizliyini və onun sabitliyini pozmağa yönəlmiş hər hansı bir cəhdin qarşısını qətiyyətlə almaq üçün bütün zəruri addımlar atılır.
Oxşar xəbərlər
BƏƏ Müdafiə Nazirliyi: İranın hücumlarında 230 nəfər yaralanıb
İranda Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı bəyan edilib
“Səfirliyimizə hücuma tezliklə cavab veriləcək”
"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
KİV: Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
