Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
Yaxın Şərqdəki münaqişə İranın ucbatından yaranmayıb.
"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bildirib.
Əl-Busaidi ABŞ və İsrailin İrana qarşı münaqişəsi davam edərsə, vəziyyətin əhəmiyyətli dərəcədə pisləşə biləcəyini qeyd edib.
Nazir əlavə edib ki, Oman Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üzərində fəal şəkildə işləyir.
"İrana münasibətinizin necə olmasından asılı olmayaraq, bu müharibə onların günahı ucbatından başlamayıb", - o, Hörmüz boğazında gəmiçiliyin pozulması fonunda artan iqtisadi nəticələri qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
Təbriz bombalanıb, "Bəsic"in 13 əməkdaşı öldürülüb
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
