Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib
Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib
ABŞ Prezidenti Donald Tramp əgər Tehran ona qarşı sui-qəsd həyata keçirsə, İrana görünməmiş miqyasda zərbələr endirmək barədə göstəriş verdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Tramp "The Post"a müsahibəsində deyib.
ABŞ lideri hesab edir ki, o, artıq uzun müddətdir, İranın hədəfləri siyahısında birinci yeri tutur.
"Mən artıq çoxdan onların siyahısındayam. Görün biz nə ilə üz-üzəyik. Mən göstərişlər vermişəm: əgər nəsə baş verərsə, onları indiyədək görmədikləri miqyasda bombardman edəcəklər", - Tramp bildirib.
İsrailin ABŞ prezidentini öldürmək məqsədi daşıyan yeni qəsd planı haqqında kəşfiyyat məlumatları alması ilə bağlı bu həftə yayılan xəbərləri şərh edən Tramp deyib: "Xeyr, xeyr. İsrail heç nə aşkar etməyib. Mən çoxdandır ki, İranın hədəfləri siyahısında bir nömrəyəm. Həyat belədir. Ümid edirəm ki, mənim üçün darıxacaqsınız", - siyasətçi əlavə edib.
