MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib
İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev də iclasda iştirak edib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin təmsilçiləri süni intellektdən istifadə, bu kontekstdə peşəkar jurnalistika standartlarına riayət edilməsi, feyk məlumatlara qarşı mübarizə məsələlərini və bu sahədə xəbər agentlikləri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Çıxışlarda materialların sürətlə hazırlanması, mətnlərin müxtəlif dillərə tərcüməsi, beynəlxalq gündəmin monitorinqi, xəbər məzmununun keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün müasir texnologiyalardan istifadənin vacibliyi vurğulanıb.
Xəbər agentlikləri arasında süni intellektdən istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim proqramlarının yaradılması, avtomatlaşdırma sistemlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Tədbirdə Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının fəaliyyəti, MDB-nin 35 illiyi münasibətilə tədbirlərə hazırlıq məsələləri müzakirə olunub və Milli Xəbər Agentlikləri Assosiasiyasının (ANIA) yeni veb-saytının təqdimatı keçirilib.
Oxşar xəbərlər
Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib, yeni üzvləri təqdim olunub
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
-
İlandağ yazısı deşifrə edilib
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
