NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələr iki ölkənin İran və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən getdikcə gərginləşib.
“Report” xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.
Qeyd olunub ki, Netanyahu İranın nüvə obyektlərinin fiziki məhv edilməsinə hazırlaşır, Tramp isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir.
Qəzza zolağı məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir, İsrail isə Qəzza zolağında hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
Qeyd olunur ki, Tramp İsrailin Fələstin anklavındakı hərbi əməliyyatlarını “boş səylər” hesab edir. Eyni zamanda, İranın nüvə proqramı məsələsi ABŞ və İsrail arasında ən böyük gərginliyi yaradır.
“NBC News” qeyd edir ki, Netanyahu özəl olaraq İranla hər hansı danışıqların “vaxt itkisi” olduğu fikrini ifadə edib. İsrail də hesab edir ki, İran hazırda ən zəif və ən həssas vəziyyətdədir və danışıqlar Tehrana mövqelərini gücləndirmək üçün vaxt verə bilər.
Oxşar xəbərlər
Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Netanyahu ilə söhbətindən danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













