İran XİN: Tramp komandası ilə mesaj mübadiləsi etməmişik
Avropa ilə Rusiya arasında nüvə danışıqlarının formatı ilə bağlı fikir ayrılıqları var. Biz bu problemi həll etməliyik.
Sizinxeber.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi ISNA-ya müsahibəsində deyib.
Diplomat Trampın İrana qarşı siyasəti ilə bağlı qarşılıqlı məsləhətləşmələr apardığını vurğulayıb: “Dostlarımızla məsləhətləşərək Trumpla necə davranacağımızı düşünürük. Biz Tramp komandası ilə mesaj mübadiləsi etməmişik”.
Nazir müavini Avropa İttifaqı ilə müzakirələrə də toxunub: “Biz Aİ ilə nüvə məsələsi və sanksiyalarla bağlı bəzi təfərrüatları müzakirə etdik. 1 ay ərzində yeni danışıqların baş tutmasını gözləyirik”.
“Biz Qərblə regional məsələlər haqqında danışırıq. Danışıqlara qeyri-nüvə məsələləri daxil etməyəcəyik. İranın zəif olması və danışıqlar zamanı güzəştə gedə biləcəyi iddiaları cəfəngiyyatdır”, - o qeyd edib.
Oxşar xəbərlər
Moskvada Rusiya və İran arasında məsləhətləşmələr keçirilib
Ermənistan xarici işlər nazirinin müavini iranlı həmkarına zəng edib
Mixail Qaluzin və Mehmet Kamal Bozay arasında məsləhətləşmələr aparılıb
Aİ-nin nüvə danışıqları üzrə baş diplomatı İran rəsmiləri ilə görüşəcək
İran XİN başçısı: Sanksiyalarla təhdid davam etsə, Qərblə dialoqa yenidən baxılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













