Tehranda İmam Xomeyni aeroportunda yanğın olub
sizinxeber.az xəbər saytı

Tehranda İmam Xomeyni aeroportunda yanğın olub


Tehranda İmam Xomeyni şəhər hava limanında yerləşən inzibati binada yanğın baş verib.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında bu gün günortadan sonra hava limanının gömrük binasında yanğın qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hava limanının açıqlamasına görə, hadisə zamanı binada və ərazidə olan şəxslərdən heç kim xəsarət almayıb və yanğın hava limanının uçuş cədvəlində hər hansı dəyişikliyə səbəb olmayıb.

Yanğının səbəbi və dəymiş ziyanın həcmi mütəxəssislər tərəfindən araşdırılır.

Oxşar xəbərlər

Tehranda hava limanında bütün uçuşlar ləğv edilib
Tehrandakı hava limanlarında uçuşlar dayandırılıb - YENİLƏNİB
Sumqayıtda binada yanğın olub
Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO
Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər