sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib
İsraillə 12 günlük müharibədən sonra Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanı ilk dəfə xarici reysi qəbul edib.
“Report” “fararu”a istinadən xəbər verir ki, məlumatı İranın Mülki Aviasiya Təşkilatının ictimaiyyətlə əlaqələr departamenti yayıb.
Bildirilib ki, müharibə zamanı və bir müddət sonra təhlükəsizlik səbəbindən İranın hava məkanı bağlı idi. Ona görə də beynəlxalq uçuşlarda 20 günlük fasilə yaranmışdı.
Məlumata görə, iyulun 4-də Birləşmiş Ərəb Əmirliklərindən Tehrana ilk uçuş edilib.
Təyyarə “Flydubai Airlines” şirkətinə məxsusdur.
Qeyd edilib ki, İmam Xomeyni hava limanında reyslərin vəziyyəti normal rejimə qayıdır.
Oxşar xəbərlər
Tehranın hava limanları tam ştatda fəaliyyət göstərir
İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib - YENİLƏNİB
KİV: İranın Natanz və Fordo nüvə obyektində partlayışlar baş verib
Tehranın hava limanı İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib
Tehrandan uçuşlar təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













