Pezeşkian: Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır
İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı regionda təhlükəsizliyi təmin etmək üçün Qərb ölkələrinin İsrailə dəstəyinin dayandırılmalı olduğunu deyib.
Sizinxeber.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran prezidenti Məsud Pezeşkiyan və Fransa prezidenti Emmanuel Makron telefonda regional məsələləri müzakirə ediblər.
"Qərb ölkələri bölgədəki təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, dərhal İsrailə dəstəyi dayandırmalıdırlar", - deyə Pezeşkian danışıq zamanı bildirib.
İranın xarici işlər nazirinin müavini Əli Baqiri də İranın İsrailin təcavüzünün qarşısını almaq üçün qanuni müdafiə hüququndan istifadə edəcəyini bildirib.
Oxşar xəbərlər
Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib
Pezeşkian: Tehranla Moskvanın əməkdaşlığı dünyada təhlükəsizliyi artıracaq
BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













