Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını dayandırıb
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qədər İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasını təxirə salmaq qərarına gəlib.
Sizinxeber.az xəbər verir ki, bu açıqlamanı mənbələrin adını çəkmədən İsrail televiziyasının 12-ci kanalı verib.
Mənbənin bildirdiyinə görə Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi ilə bağlı Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması məsələsində hələ irəli getməməklə bağlı qərar qəbul edib.
Qeyd edək ki, bu ilin aprel ayının sonunda ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq üçün fəal şəkildə çalışır.
Fələstin-İsrail münaqişəsinin son gərginləşməsindən əvvəl İsrail hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan edib.
Belə ki, 2023-cü ilin sentyabrında Netanyahu BMT Baş Assambleyasının sessiyasında çıxış edərək tərəflərin diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söyləmişdi.
Eyni zamanda, oxşar bəyanatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da “Fox News” telekanalına müsahibəsində vermişdi.


width="220" alt="İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />