Blinken İsrailə səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken gələn həftə İsrailə səfər edəcək.
Bu barədə “The New York Times” İsrail rəsmisinə istinadən yazır.
Blinken Fələstin anklavında atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş danışıqlarda irəliləyişləri müzakirə edəcək.
Həmçinin İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.
Məqalədə deyilir ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib.
Havanın temeperaturunun qalxması əhali üçün əlavə problemə çevirilib.
Bundan əvvəl İsrailin Qəzza zolağında atəşkəs üçün Fələstinin HƏMAS radikal hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazır olduğu bildirilirdi.
İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsinə razıdır.
Həmçinin bildirilib ki, Misir öz vasitəçiliyi ilə İsrailə 22 günlük atəşkəs və İsrailin Rəfah əməliyyatının təxirə salınması müqabilində 20 girovu təhvil verməyi təklif edib.
Oxşar xəbərlər
Blinken Bəhreynə səfər edəcək
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”
Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












