İsraildə girovların azad edilməsi ilə bağlı kütləvi aksiyalar keçirilib
sizinxeber.az xəbər saytı

İsraildə girovların azad edilməsi ilə bağlı kütləvi aksiyalar keçirilib


Təl-Əvivin mərkəzində keçirilən kütləvi aksiyada on minlərlə israilli iştirak edərək, İsrail hökumətindən girovların azad edilməsi ilə bağlı razılaşmanın bağlanmasını tələb edib.

APA xəbər verir ki, bu haqda N12 telekanalı və Ynet portalı məlumat yayıb.

“Times of Israel” Təl-Əvivdəki aksiyada 500 min nəfərin iştirak etdiyini yazıb. Polis bununla bağlı hələ ki, məlumat verməyib.

Qəzetin məlumatına görə, avqustun 17-də gün ərzində 1 milyona qədər israilli girovlara dəstək və Qəzza zolağında hərbi əməliyyatın genişləndirilməsinə qarşı müxtəlif aksiyalarda iştirak edib.

Ynetin məlumatına görə, gün ərzində İsrail polisi bütün İsrail ərazisində keçirilən müxtəlif kütləvi aksiyalar zamanı ictimai asayişi pozan 38 nəfəri həbs edib.

Oxşar xəbərlər

İsraildə Qəzzadakı girovların azad edilməsi üçün kütləvi aksiyalar keçirilib
İsraildə atəşkəs prosesinin davam etdirilməsinə dəstək aksiyaları keçirilib
İsraildə yeni aksiyalar dalğası başlayıb
İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbələr endirilməsi davam edəcək - YENİLƏNİB-1
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər