İsraildə Qəzzadakı girovların azad edilməsi üçün kütləvi aksiyalar keçirilib
Dünən axşam saatlarında minlərlə israilli yenidən İsrailin bir sıra şəhərlərində kütləvi nümayişlərə çıxıb.
Sizinxeber.az xəbər verir ki, aksiya iştirakçıları hökumətdən HƏMAS-ın Qəzza zolağında 435 gündür saxlanılan girovların azad edilməsi ilə bağlı tez bir zamanda razılaşma əldə etməyi tələb edib.
Ən böyük etiraz aksiyalarından biri ənənəvi olaraq Təl-Əvivin şərqində hökumət binaları kompleksi yaxınlığında keçirilib.
Etirazçılar oğurlananların adları və portretləri yazılmış plakatlar qaldırıb İsrail bayraqlarını dalğalandıraraq Qəzza zolağındakı girovların dərhal geri qaytarılması üçün tezliklə razılığın əldə olunmasını tələb ediblər.
Bir çox nümayişçi Nazirlər Kabinetini və baş naziri girovları xilas etmək üçün yetərli iş görməməkdə ittiham edərək, Benyamin Netanyahu hökumətinin istefasını tələb edib.
Kütləvi nümayişlər Qüds, Rehovot, Hayfa və Beer-Şevadada keçirilib. Ynet portalı xəbər verir ki, Qüdsdə etirazçılar Netanyahunun iqamətgahı ərazisində küçələri bağlamağa çalışsalar da, polis onlara imkan verməyib.
Oxşar xəbərlər
İsraildə yeni aksiyalar dalğası başlayıb
İsrailin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb
İsrail Qəzza ilə bağlı danışıqların davam etdiyini açıqlayıb
Netanyahu: Suriyadakı hadisələr Qəzzadakı girovların azad edilməsinə kömək edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
