KİV: HAMAS atəşkəs təklifini qəbul etməyə hazırdır
Fələstin hərəkatı HAMAS vasitəçilərə bildirib ki, Qəzza sektorunda atəşkəs barədə sonuncu təklifi heç bir düzəliş etmədən qəbul etməyə hazırdır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, hərəkatın Qəzzadakı lideri Xalil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti bu həftə Qahirədə keçirilən görüşlərdə Qətər və Misir vasitəçilərinə sonuncu təklifə qayıtmaq barədə qərarını çatdırıb. Həmin təklif 60 günlük atəşkəsi, İsrail qüvvələrinin yenidən yerləşdirilməsini və anklavda saxlanılan 10 girovun azad edilməsini nəzərdə tuturdu. Mənbələrin sözlərinə görə, vasitəçilərə yeni mövqeləri barədə rəsmi məlumat verən hərəkat guya "qoşunların çıxarılması ilə bağlı təqdim etdikləri düzəlişlərdən, həmçinin hərəkatın və onun hərbi qanadının irəli sürdüyü bəzi digər məsələlərdən və fələstinli məhbusların azad olunması ilə bağlı tələblərdən imtina edib". Beləliklə, HAMAS tam təşəbbüsü İsrailə ötürüb.
Oxşar xəbərlər
HAMAS Qəzzada atəşkəslə bağlı təklifə müsbət cavab verib
İsrail və HAMAS-a atəşkəslə bağlı yenilənmiş təklif təqdim olunub
HAMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb
HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək
HƏMAS Qəzzadakı döyüşçülərini geri çəkməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
