İsraildə girovların azadlığı ilə bağlı ümummilli tətil başlayıb
sizinxeber.az xəbər saytı

İsraildə girovların azadlığı ilə bağlı ümummilli tətil başlayıb


Bazar günü səhər saatlarından etibarən ölkə üzrə ümummilli tətil başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Girovların ailələri, yaxınlarının azad olunması üçün razılaşma imzalamağı tələb edirlər.

Tətil “Oktyabr Şurası” tərəfindən təşkil olunub. Şura, 7 oktyabr 2023-cü ildə İsrailin cənubunda HAMAS-la aparılan əməliyyatlarda həlak olanların ailələrinin bir hissəsini və girovların yaxınlarını təmsil edir. Aksiyaya həmçinin Girovlar və İtkin Düşənlər Forumunun üzvləri də qoşulublar.

Forum şənbə gecəsi bildirib ki, gün ərzində yalnız Təl-Əvivdəki Girovlar Meydanından təxminən bir milyon insan keçəcək. Bundan əlavə, İsrailin müxtəlif bölgələrində yüzlərlə başqa məkanlarda keçiriləcək tədbirlərə on minlərlə insanın qoşulacağı gözlənilir.

Oxşar xəbərlər

Minlərlə israilli Qəzzanın işğalına qarşı aksiyaya qoşulub
Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub
Netanyahunun ofisi: Bütün girovlar azad olunarsa, Qəza üzrə razılaşmaya hazırıq
Ağ Ev: HAMAS girovların azad edilməsi təklifini rədd edərək müharibəni seçib
HƏMAS Qəzzada qalan bütün girovlar haqqında ətraflı məlumat təqdim edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər