Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub
sizinxeber.az xəbər saytı

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub


İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağına nəzarəti təmin etmək qərarı fonunda minlərlə insan Təl-Əviv və İsrailin digər şəhərlərində etiraz aksiyası keçirib.

APA xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

"İsrail Qəzzanı ələ keçirmək üçün planlaşdırdığı missiyaya başlamazdan əvvəl minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və bütün İsrail şəhərlərində toplaşaraq, girovlarla bağlı razılaşma və atəşkəsə çağırıb. Girovların ailələri, yaxınları üçün ölüm hökmü anlamına gələcəyini xəbərdar etdikləri plana qarşı ümumi tətilə çağırıblar.", - məlumatda deyilir.

Qəzetin yazdığına görə, bu, İsraildə son ayların ən böyük etiraz aksiyasıdır.

Təl-Əvivdə azı on min insan toplaşıb. Qəzet bildirir ki, etirazlar ölkənin onlarla başqa şəhərində də keçirilir.

Oxşar xəbərlər

Minlərlə israilli Qəzzanın işğalına qarşı aksiyaya qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada Makrona qarşı etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraildə Qəzzadakı girovların azad edilməsi üçün kütləvi aksiyalar keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzanın işğalına qarşı çıxan israillilər Təl-Əvivdə magistral yolu bağlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər