Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi mühüm nailiyyət hesab edir.
Sizinxeber.az xəbər verir ki, Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.
Dövlət başçısının fikrincə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ prezidenti Donald Trampın enerjili və effektiv vasitəçilik missiyası sayəsində mümkün olub.
Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu cür mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib, Almatıda sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.
Oxşar xəbərlər
Tokayev: Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq
Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik
Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir
Tokayev və Tramp arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
