Sizinxeber.az » DÜNYA » Asiya » Hindistanın dövlət neftayırma zavodları Rusiya neftinin alışını dayandırıb

Hindistanın dövlət neftayırma zavodları Rusiya neftinin alışını dayandırıb

Hindistanın dövlətə məxsus neftayırma zavodları müvəqqəti olaraq Rusiya neftinin alınmasını dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər yayıb.

Qərarın Vaşinqtonun Nyu-Dehliyə təzyiqlərinin artması və idxal rüsumlarının yeni dalğası fonunda qəbul edildiyi bildirilir.

Məlumata görə, “Indian Oil Corp.”, “Bharat Petroleum Corp.” və “Hindustan Petroleum Corp.” satınalma dövründə Rusiya nefti üçün tender elan etməyəcək. Şirkətlər yalnız Hindistan hökumətindən aydın göstəriş aldıqdan sonra qərara yenidən baxacaqlar.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun sonunda Hindistana Rusiya nefti və hərbi texnikası aldığı üçün 25 faiz gömrük rüsumu və əlavə “cərimə” tətbiq ediləcəyini açıqlamışdı. Hindistan XİN isə bu tənqidləri “əsassız və ədalətsiz” adlandıraraq milli maraqların və iqtisadi təhlükəsizliyin qorunması üçün bütün addımların atılacağını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !