Suriyanın Sveyda şəhərindəki druz icması Ali Hüquq Komitəsi yaradıb
Suriyanın Sveyda şəhərindəki druz icmasının rəhbərləri şəhərin idarəçiliyini ələ keçirmək üçün hakim və hüquqşünaslardan ibarət Ali Hüquq Komitəsi yaradıb.
APA xəbər verir ki, komitə inzibati, təhlükəsizlik və xidmət sahələrinə nəzarət edən müvəqqəti icraçı ofis və yeni təhlükəsizlik qüvvələri rəhbərliyi təyin edib.
Bu addım druzlarla Dəməşq hökuməti arasında son vaxtlar artan toqquşmalardan sonra atılıb.
Məlumata görə komitə Sveydada inzibati, təhlükəsizlik və xidmət sektorlarına nəzarət edəcək, korrupsiya ilə mübarizə aparacaq, dövlət və özəl mülkiyyəti qoruyacaq.
İlkin olaraq müvəqqəti icra aparatı yaradılacaq və Daxili Təhlükəsizlik Qüvvələrinə yeni rəhbərlik təyin olunacaq.
Suriya hökumətindən məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib.
Oxşar xəbərlər
Suriyanın Süveyda bölgəsində təhlükəsizlik qüvvələrinə hücum olub, ölən və yaralananlar var
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
ABŞ hökuməti Livan Silahlı Qüvvələrinə 117 milyon dollar vəd edib
Suriyanın Süveyda vilayətindən 26 nəfərin cənazəsi gətirilib, 360 mülki şəxs təxliyə olunub
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













