Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
sizinxeber.az xəbər saytı

Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq


“Rusiya-Ukrayna müzakirələrindən sonra sülh masası da Türkiyədə qurulacaq”.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

O, çıxışında diqqəti ölkəsinin həyata keçirdiyi diplomatik missiyaya yönəldib:

“Rusiya-Ukrayna müharibəsinin ilk günündən sülhpərvər siyasət həyata keçirmişik. Müzakirə masası İstanbulda qurulduğu kimi sülh masası da Türkiyədə qurulacaq və bu qanlı müharibəyə nöqtə qoyulacaq”.

Türkiyə lideri bu prosesin ölkəsinin beynəlxalq arenadakı vasitəçilik rolunu gücləndirəcəyini də söyləyib.

Oxşar xəbərlər

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq
Ərdoğan Zelenski ilə görüşüb
Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna görüşləri keçiriləcək
Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər