Sizinxeber.az » DÜNYA » Asiya » Netanyahu: İsrail HAMAS-ı məhv edəcək, BMT haqqımızda yalan məlumatlar yayır

Netanyahu: İsrail HAMAS-ı məhv edəcək, BMT haqqımızda yalan məlumatlar yayır

İsrail bütün hərbi hədəflərinə çatacaq, tam qələbə qazanacaq və radikal Fələstin hərəkatı HAMAS-ı məhv edəcək.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına səfəri zamanı lentə aldığı videomüraciətində bildirib.

Netanyahu bəyan edib ki, mübarizəni davam etdirəcək: “Fəaliyyətimizi bütün hərbi məqsədlərimizə çatana, tam qələbə əldə edənə qədər davam etdirəcəyik. Əsas məqsədimizə çatacağıq, HAMAS-ı məhv edəcəyik. Bu məqsədə – HAMAS-ın məhvinə və girovların azad olunmasına – həm hərbi əməliyyatlar, həm də danışıqlar yolu ilə çalışırıq. Bununla yanaşı, hər iki istiqamətdə – istər hərbi əməliyyatlar, istərsə də danışıqlar zamanı – İsrail Qəzza sektoruna minimal zəruri humanitar yardımın təmin olunması uğrunda da çalışır”.

Netanyahu əlavə edib ki, bunu əvvəllər də ediblər: “Lakin BMT İsrail haqqında yalan məlumatlar yayaraq iddia edir ki, guya İsrail humanitar yardımın daxil olmasına imkan vermir. Bu, doğru deyil”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !