Netanyahu: "İsrail HAMAS-a hərbi təzyiqi artıracaq"
sizinxeber.az xəbər saytı

Netanyahu: "İsrail HAMAS-a hərbi təzyiqi artıracaq"


“HAMAS-ın Qəzzada saxladığı girovların azad olunması ilə bağlı təklifləri rədd etməsindən sonra bu təşkilata qarşı hərbi təzyiqlər artırılacaq”

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində bildirib.

Netanyahu bildirib ki, İsrail HAMAS-ı tamamilə məhv edənə, bütün girovları azad edənə və Qəzza zolağının İsrail üçün təhlükə yaratmadığına əmin olana qədər müharibəni dayandırmayacaq. O, HAMAS-ın müharibənin dayandırılması və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması tələblərini rədd edərək, bu tələblərin İsrailin təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.

HAMAS isə İsrailin təklif etdiyi 45 günlük atəşkəs müqabilində 10 girovun azad olunması planını rədd edərək, müharibənin tam dayandırılmasını, İsrail qoşunlarının Qəzzadan çıxarılmasını və bölgənin yenidən qurulmasını tələb edir. Tərəflər arasında vasitəçilik edən Misir, Qətər və ABŞ-ın səylərinə baxmayaraq, razılaşma əldə olunmayıb.

İsrailin son hərbi əməliyyatları nəticəsində Qəzzada son bir ay ərzində 1,600-dən çox insan həlak olub. HAMAS tərəfindən 59 israilli girov saxlanılır, onlardan 24-nün sağ olduğu düşünülür.

Oxşar xəbərlər

Netanyahu: Radikallar girovları azad edənə qədər İsrail Qəzzaya təzyiqlərini artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: HAMAS girovların azad edilməsi təklifini rədd edərək müharibəni seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail girovlar üçün intensiv danışıqlar aparır, HAMAS rədd edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Netanyahunun bəyanatına görə HAMAS girov mübadiləsini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər