Ərəb dövlətləri Suriyadakı hadisələrlə bağlı birgə bəyanat yayıb
İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat veriblər.
APA Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla bildirir ki, adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriya Ərəb Respublikasına qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bu əməllər beynəlxalq hüququn açıq şəkildə pozulması və Suriyanın suverenliyinə qarşı kobud təcavüz kimi qiymətləndirilib.
Bundan başqa, birgə bəyanatda hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı, Suriya hökumətinin xalqının arzu və seçimlərinə uyğun yeni bir Suriya qurmaq səylərini zəiflətdiyi vurğulanır.
Oxşar xəbərlər
Səkkiz ərəb naziri İordaniyada Suriya ilə bağlı görüş keçirəcək
G7 liderləri Suriyada keçid hökumətini dəstəkləməyə hazır olduqlarını bildiriblər
Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib
Suriyanın yeni hakimiyyəti ölkənin Ərəb Dövlətləri Liqasına qayıdacağına ümid edir
Suriya və Livan müdafiə nazirləri sərhədlərin demarkasiyasına dair saziş imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













