Səkkiz ərəb naziri İordaniyada Suriya ilə bağlı görüş keçirəcək
İordaniya Krallığı Suriyadakı vəziyyətlə bağlı ərəblərarası görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, görüşün dekabrın 14-də Qırmızı dəniz sahilindəki Akaba şəhərində keçirilməsi planlaşdırılır.
Misir, İordaniya, İraq, Livan və Səudiyyə Ərəbistanının daxil olduğu Ərəb Liqasının Suriya üzrə nazirlər komitəsinin üzvləri Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə birlikdə Akaba şəhərində toplanacaq.
Bu görüşdən sonra İordaniyada Türkiyə xarici işlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə səkkiz ərəb nazirinin görüşü keçiriləcək və burada BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edəcək.
Akabadakı görüşlərdə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq keçid dövrünün həyata keçirilməsi məqsədilə ölkədə inklüziv siyasi prosesi dəstəkləməyin, Suriya xalqının istəklərinə cavab verən, dövlət qurumlarının bərpasını təmin edən, ölkənin birliyini və ərazi bütövlüyünü qorumağın mümkün yolları müzakirə olunacaq.
Oxşar xəbərlər
İran XİN başçısı: Astana formatının gələcəyi Suriyadakı hadisələrin inkişafından asılıdır
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
